Paşinyan yenə Qasparyanın istefası təklifini Prezidentə göndərdi

   Paşinyan yenə Qasparyanın istefası təklifini Prezidentə göndərdi
  27 Fevral 2021    Oxunub:2433
Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə yenidən Prezidentə təqdimat göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook" hesabında yazıb.

"Prezident baş qərargah rəisinin vəzifədən azad olunması haqqında təklifi geri göndərmək barədə qərar qəbul etdi. Bu addım yaranmış vəziyyətin həllinə imkan yaratmır. Mən yenidən baş qərargah rəisinin istefası ilə bağlı təklifi prezidentə göndərirəm və sənədin imzalanacağını gözləyirəm", - Paşinyan qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefasına qərar verib və təqdimatı imzalamaq üçün prezidentə göndərib. Ermənistan prezidenti Armen Sarkisyan isə bundan imtina edərək, sənədi imzalamayıb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti