Qafanda sakinlər etiraza qalxdı: Paşinyanın istefası tələb olunur

  Qafanda sakinlər etiraza qalxdı:  Paşinyanın istefası tələb olunur
  27 Fevral 2021    Oxunub:2286
Ermənistanın Qafan şəhərində silahlı qüvvələrə dəstək, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilib.
Azvision.az -ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Qafan icmasının rəhbəri Qevorq Parsyan mitinqdə çıxışı zamanı bildirib ki, Paşinyan hər gün gülünc açıqlamalar verir.

Onun fikrincə, baş nazir “İsgəndər” açıqlaması isə Rusiya ilə münasibətləri korladı, Silahlı Qüvvələrin Baş Qərargahında problemlər yaratdı: "Bu, siyasi qüvvə ölkəni dərin böhrana və xaosa sürükləyir. Dövlət idarəetmə sistemi işləmir və bu, bizi məhvə aparır".

Qevorq Parsyan əlavə edib ki, ölkənin sabitliyə və səmərəli işləyən bir dövlət sisteminə ehtiyacı var, bu isə baş nazir və komandasının istefası halında ola bilər. Parsyan, erkən seçkilərin keçirilməli olduğunu deyib.

Daha sonra mitinq iştirakçıları şəhərin küçələrində yürüşə başlayıblar.

Xatırladaq ki, hazırda Ermənistan müxalifəti paytaxt İrəvanda da mitinq keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: mitinq  





Xəbər lenti