Sarkisyan yenə Qasparyanla görüşdü

Sarkisyan yenə Qasparyanla görüşdü
  27 Fevral 2021    Oxunub:1910
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan bu gün səhər saatlarında prezidentin iqamətgahında olub. O, yenidən prezident Armen Sarkisyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə “168.am” Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, dünən onlar Baş Qərargahda görüşüblər, Qasparyan heç bir halda istefa verməyəcəyini bildirib. Erməni KİV-ləri Sarkisyanın Baş Qərargahdan çaşqınlıq içində ayrıldığını yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti