“Paşinyanın dedikləri təxribatdır” - Kolerovdan “İsgəndər” açıqlaması

“Paşinyanın dedikləri təxribatdır” -  Kolerovdan “İsgəndər” açıqlaması
  27 Fevral 2021    Oxunub:3490
"Bu 3 il ərzində Paşinyan harada idi? Rusiya zay məhsul vermişdisə, niyə onu dəyişdirməyi tələb etməyib?".

Azvision.az xəbər verir ki, bunu "Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerov Rusiyanın "İsgəndər" raketlərinin effektivliyi məsələsindən danışarkən deyib. O, baş nazir Nikol Paşinyanın fikirlərinin bütün Ermənistan ordusuna kölgə saldığını bildirib.
Kolerovun fikrincə, baş nazirin təxribat xarakterli, ziddiyyətli və səriştəsiz açıqlamaları Rusiyanın bu dövlətə olan inamını ciddi şəkildə sarsıdıb. O, hesab edir ki, Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə yeni oxşar açıqlamalar verəcək. Çünki bu Paşinyanın üslubudur:

“Hətta əgər raketlər faydasız olsaydılar belə, bu, o deməkdir ki, Ermənistanda üç il yarım ərzində onları yoxlayacaq, onlarla işləməyi öyrənən bir nəfər də olmayıb. Bu necə ordudur? Tutaq ki, Rusiya pis raketlər verdi. Bunu sübut edən hansısa bir akt, yoxlamalar aparıldığına dair dəlil haradadır? Keyfiyyətsiz bir məhsul gələndə alıcı akt tərtib edir, dəyişdirməyi təklif edir. Bəs bu üç il ərzində Paşinyan harada idi? Niyə dəyişdirilməsini istəmədi. Burada başqa bir məsələ də ola bilər. Bəlkə də erməni əsgərlər o raketdən istifadə edə bilmirlər. Yaxud da ondan istifadə edə bilməzlər. Dünən Rusiya Müdafiə Nazirliyi "İsgəndər"in Qarabağda istifadə olunmadığını izah etdi ki, bu da Paşinyanın açıqlamasını nümayişkaranə yalana çevirdi".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti