Rusiyada daha 439 nəfər virusun qurbanı oldu

Rusiyada daha 439 nəfər virusun qurbanı oldu
  27 Fevral 2021    Oxunub:1741
Rusiyada son sutka ərzində 11 534 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 234 720 nəfərə çatıb.

Rusiyada son bir gündə 439 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 85 743 nəfərdir. İndiyə qədər 3 799 406 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti