Nümayəndələr Palatası 1,9 trilyonluq paketi təsdiqlədi

  27 Fevral 2021    Oxunub : 1110
 Nümayəndələr Palatası 1,9 trilyonluq paketi təsdiqlədi
ABŞ Nümayəndələr Palatası koronavirus pandemiyası fonunda 1,9 trilyon dollarlıq iqtisadi stimul paketini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qanun layihəsinin lehinə 219, əleyhinə 212 nəfər səs verib. İndi sənədi Senat qəbul etməli və ABŞ Prezidenti Co Bayden imzalamalıdır.

Layihədəki əsas tədbirlərdən biri əksər vergi ödəyicilərinin alacaqları 1,4 min dollarlıq çeklər və federal səviyyədə minimum əmək haqqının artırılmasıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ