Türkiyədə bugünkü yoluxma sayı açıqlandı

Türkiyədə bugünkü yoluxma sayı açıqlandı
  27 Fevral 2021    Oxunub:2445
Türkiyədə son sutka ərzində 74 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 9205 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 432, virusa yoluxanlar isə 2 683 971 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 556 785 pasiyent (son sutkada 10 282 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti