Koçaryan vətəndaşları hərbçiləri dəstəkləməyə çağırdı

 Koçaryan vətəndaşları hərbçiləri dəstəkləməyə çağırdı
  25 Fevral 2021    Oxunub:1364
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan vətəndaşları baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçiləri dəstəkləməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Müharibədə məğlub olan və torpağları təslim edən hakimiyyət getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazım olan zəmanətdir", - Koçaryan deyib.

Sabiq prezident vətəndaşları silahlı qüvvələrin və Ermənistan ordusunun yanında olmağa çağırıb.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti