Ermənistan MTX vətəndaşlara xəbərdarlıq etdi

Ermənistan MTX vətəndaşlara xəbərdarlıq etdi
  25 Fevral 2021    Oxunub:1451
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) mövcud daxili siyasi vəziyyətlə bağlı açıqlama yayaraq, vətəndaşları sakit olmağa və milli təhlükəsizliyi təhdid edən hərəkətlərdən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, MTX hər hansı qanunsuz addımın qarşısının hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacağı barədə xəbərdarlıq edib.

"Vətəndaşları təxribat xarakterli hərəkətlərə uymamağa, asayişə riayət etməyə, sayıqlığı itirməməyə çağırırıq. Ermənistanın dövlət qurumları öz funksiyalarını tam yerinə yetirirlər. Milli Təhlükəsizlik Xidməti belə hərəkətlərin Ermənistanın təhlükəsizliyini təhdid edə biləcəyi və istənilən bu cür addımı dövləti zəiflətmək cəhdi kimi qəbul edəcək".

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti