Paşinyan ölkədən qaçmağa hazırlaşır?

 Paşinyan ölkədən qaçmağa hazırlaşır?
  25 Fevral 2021    Oxunub:1515
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədən getməyə hazırlaşmadığını deyib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan Respublika meydanında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

O, ölkədən gedəcəyi barədə yayılmış məlumatları informasiya terroru adlandırıb.

"Mən heç yerə getmirdim və getməyəcəyəm də. Ailəm də buradadır. Bunu indi görəcəksiniz. Onlar (ailə üzvləri) indi buraya gələcəklər", - Paşinyan deyib.

Qeyd edək ki, Nikol Paşinyanı mitinqdə oğlu Aşot müşayiət edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti