Kreml Ermənistandakı hadisələrə münasibət bildirdi

 Kreml Ermənistandakı hadisələrə münasibət bildirdi
  25 Fevral 2021    Oxunub:1338
Kreml Ermənistandakı vəziyyəti narahatlıqla izləyir, ancaq baş verənləri Rusiya Federasiyasının Qafqazdakı vacib və yaxın müttəfiqi olan ölkənin daxili işi kimi qiymətləndirir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistanda vəziyyətin inkişafını narahatlıqla izləyirik. Biz bunu Qafqazdakı çox vacib və yaxın müttəfiqimiz olan Ermənistanın daxili işi hesab edirik”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Ölkədə hərbi çevrilişə cəhd olunduğunu bəyan edən Paşinyan tərəfdarlarını təcili Respublika meydanında çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kreml  





Xəbər lenti