Paşinyan Respublika meydanında çıxış edəcək

  25 Fevral 2021    Oxunub : 1090
Paşinyan Respublika meydanında çıxış edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün saat 16:00-da Respublika meydanında çıxış edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan “Facebook”da elan edib.

O bildirib ki, polis və digər hüquq-mühafizə orqanları toplantının təhlükəsizliyini təmin edəcək.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bunun ardınca baş nazir qərargah rəisi Onik Qasparyanı vəzifəsindən uzaqlaşdırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan