Ermənistanda vətəndaş müharibəsi ola bilər

 Ermənistanda vətəndaş müharibəsi ola bilər
  25 Fevral 2021    Oxunub:2442
Hazırda Ermənistanda gərgin vəziyyət hökm sürür. Ölkədə hərbi çevrilişin olacağı gözlənilir.

Azvision.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bir neçə dəqiqə əvvəl xalqa müraciət edərək, Ermənistanda hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. O, bütün tərəfdarlarını təcili Respublika meydanına çağırıb.
Erməni KİV-lərində yer alan məlumatlara əsasən, ordu rəhbərliyinin baş naziri istefaya çağırmasına dair bəyanatdan sonra müxtəlif şəhərlərdə küçələrə axışan vətəndaşlar baş qərargah rəisinə dəstək nümayiş etdirirlər.

Ermənilərin məşhur Teleqram kanalları bildirir ki, iqtidar dövlət qurumlarının əməkdaşlarını Respublika meydanına çıxmağa məcbur edir.

Eyni zamanda baş nazirin istefasını tələn edən sakinlər müxtəlif şəhər və rayonlarda toplaşaraq “Paşinyan satqındır” və digər şüarlar səsləndirirlər.

Hazırda ölkədə vəziyyət olduqca gərgindir. Erməni KİV-ləri həyəcan təbili çalaraq, ölkə tarixinin ilk vətəndaş müharibəsinə hazırlıq getdiyini bəyan edirlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bundan dərhal sonra Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti