Paşinyan Baş Qərargah rəisini işdən çıxardı

Paşinyan Baş Qərargah rəisini işdən çıxardı
  25 Fevral 2021    Oxunub:3048
Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook"da canlı yayımla xalqa müraciətində deyib.

“Vəziyyət çox mürəkkəbdir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini meydanda elan edəcəyəm. İndiki ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətini qorumaqdır", - deyə baş nazir bildirib.

Paşinyan baş verən hadisələrə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü (Qarabağ müharibəsində məğlubiyyət - red) deyib: "Amma indi elə vəziyyət yaranıb ki, yüksək rütbəli hərbçilər cəmiyyətdə bəzi suallar yaradıb. Bu suallardan qaçmaq olmaz".

Baş nazir bir çox generalların bu sualları bəyənməyəcəyini istisna etməyib və hesab edir ki, buna görə də onu istefaya çağırmağa qərar veriblər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Paşinyanı istefaya çağırıb . Paşinyan isə öz növbəsində tərəfdarlarını Respublika meydanına dəvət edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti