Paşinyan tərəfdarlarını təcili meydana çağırdı

 Paşinyan tərəfdarlarını təcili meydana çağırdı
  25 Fevral 2021    Oxunub:2666
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş qərargahının onun istefası ilə bağlı bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Azvision.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook" hesabında yazıb. O, bütün tərəfdarlarını Respublika meydanına çağırıb.
"Tərəfdarlarımızı elə indi Respublika meydanına çıxmağa çağırıram. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - deyə baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edir. Baş qərargah bununla bağlı bəyanat yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti