Rusiyada koronavirusdan daha 446 nəfər ölüb

Rusiyada koronavirusdan daha 446 nəfər ölüb
  25 Fevral 2021    Oxunub:1391
Rusiyada son sutka ərzində 11 198 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 212 100 nəfərə çatıb.

Rusiyada son sutkada 446 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 84 876 nəfərdir. İndiyə qədər 3 767 664 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti