“Övladlarımızın Qarabağa getməsini istəmirik” - İrəvanda etiraz aksiyası

“Övladlarımızın Qarabağa getməsini istəmirik” -  İrəvanda etiraz aksiyası
  25 Fevral 2021    Oxunub:1549
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında əsgər valideynləri etiraz aksiyası keçirib.
Azvision.az xəbər verir ki, onlar övladlarının Dağlıq Qarabağda xidmətdən geri çağırılmasını, bəziləri isə məzuniyyətə gələn əsgərlərin Qarabağa qayıtmamasını tələb ediblər.

Bundan əvvəl, Ermənistanın Müdafiə Nazirliyi əsgərlərin daimi xidmət yerlərinə qayıtmaq istəmədikləri üçün bölmə ərazisində qarşıdurma baş verdiyi barədə məlumat yayıb. Bəzi əsgərlər bundan istifadə edib xidmət yerindən qaçıblar.

Qaçan əsgərlərin yaxınları Müdafiə Nazirliyinə gəlib. Onlar “44 günlük müharibənin dəhşətlərini görən əsgərlərə və valideynlərinə hörmət edin", - deyə qışqırıblar.

“Oğlumun Qarabağda xidmət etməsini istəmirəm, qoy başqa bir yerə göndərilsin, ancaq Ermənistanın sərhədləri daxilində. Uşaqlarımızı zorla maşınlara mindirdilər, bu da bizim üçün qəbuledilməzdir", - deyə əsgər atası bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: etirazaksiyası  





Xəbər lenti