Ermənistan ordusunda rüşvətxorluq baş alıb gedir

  25 Fevral 2021    Oxunub : 1028
 Ermənistan ordusunda rüşvətxorluq baş alıb gedir
Ermənistan ordusunda hərbi qulluqçuların müxtəlif vəzifələrə təyin edilməsi üçün külli miqdarda rüşvət vermələri ilə bağlı qalmaqal yaşanır.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Paylaşılan məlumatlar onu göstərir ki, erməni ordusunda rüşvətxorluq baş alıb gedir və müdafiə nazirliyi bunun qarşısını ala bilmir.

Yayılan xəbərlərdə deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində zabitlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000 ABŞ dolları, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000 ABŞ dolları, müqaviləli hərbi xidmət üçün isə 1000- 2000 ABŞ dolları arasında rüşvət tələb olunur.

Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia olunur ki, yerindən asılı olaraq qiymətlər dəyişilə bilər. Yəni “yaxşı” yerə təyin olunmaq üçün yaxşı da rüşvət tələb olunur.

Maraqlı odur ki, Ermənistan müdafiə nazirliyi həm rüşvətxorluq halları, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermir.

Azvision.az

Teqlər: Ermənistan   Ordu   Rüşvət