Paşinyanı ələ salan general işdən qovuldu

   Paşinyanı ələ salan general işdən qovuldu
  25 Fevral 2021    Oxunub:3018
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan vəzifəsindən azad olunub.
Azvision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, generalın işdən çıxarılmasına səbəb baş nazir Nikol Paşinyanın “İsgəndər” raketlərinin partlamaması barədə fikirlərini ələ salması olub.

Belə ki, Xaçatryan Paşinyanın sözlərinə rişxəndlə gülərək "İsgəndər" raketinin döyüşə yararsız olması barədə suala, "Əlbəttə, mümkün deyil. “İsgəndər”? Bir atış?...Cəmi 10%?... Bu qeyri-ciddidir”,- deyə cavab verib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ müharibəsində Azərbaycana qarşı "İsgəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib. Paşinyanın bu açıqlaması Rusiyada etirazla qarşılanıb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   General  





Xəbər lenti