Britaniyada daha 442 nəfər koronavirusdan öldü

Britaniyada daha 442 nəfər koronavirusdan öldü
  25 Fevral 2021    Oxunub:1514
Böyük Britaniyada son sutka ərzində 9938 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 144 577 nəfərə çatıb.

Ötən 24 saatda daha 442 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 121 747 nəfərdir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti