“Rusiya Qırğızıstana dəstəyini davam etdirəcək” - Putin

“Rusiya Qırğızıstana dəstəyini davam etdirəcək” -  Putin
  24 Fevral 2021    Oxunub:1777
Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan qırğızstanlı həmkarı Sadr Japarovla görüşüb.
Azvision.az xəbər verir ki, Putin görüş zamanı Moskvanın bundan sonra da Qırğızıstana pandemiya ilə mübarizə daxil olmaqla dəstək göstərəcəyini deyib.

"Qırğızıstana epidemiya ilə mübarizədə kömək göstərdik, bu istiqamətdə və ölkədə pandemiyanın inkişafının dayandırılmasından, yeni infeksiyaların sayının azalmasndan məmnun olduğumu bildirmək istəyirəm", - deyə Putin vurğulayıb.

Rusiya lideri Qırğızıstanda daxili siyasi vəziyyətin normallaşacağına, islahatların faydalı olacağına ümid etdiyini söyləyib.

Öz növbəsində Japarov Putini Qırğızıstana səfərə dəvət edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti