Rusiyada COVID-19-dan ölənlərin sayı 84 mini ötdü

  23 Fevral 2021    Oxunub : 1004
Rusiyada COVID-19-dan ölənlərin sayı 84 mini ötdü
Rusiyada son sutka ərzində koronavirusa 11 823 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 189 153 nəfərə yüksəlib.

Rusiyada daha 417 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 84 047-yə çatıb. İndiyədək 3 739 344 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus