Müxalifət Paşinyanın hökumət binasına girişinə mane ola bilmədi

 Müxalifət Paşinyanın hökumət binasına girişinə mane ola bilmədi
  23 Fevral 2021    Oxunub:1931
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifət tərəfdarlarının qışqırıq səsləri və söyüşləri altında hökumət binasına daxil olub.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Daha əvvəl “Vətənin qurtuluşu hərəkatı” Paşinyanın binaya girişini bloklayacağını bəyan etmişdi. Lakin səhər saatlarında binanın ətrafına yerləşdirilən polis qüvvələri aksiyanın qarşısını alıb.
“ARF Daşnaksütyun" partiyasının nümayəndəsi Qeqam Manukyan bildirib ki, onların əsas məqsədi hakimiyyətin müxalifətdən qorxduğunu nümayiş etdirmək idi.

Paşinyan ətraf mühit nazirliyinin yerləşdiyi binaya daxil olarkən hərəkatın tərəfdarları "Nikol xaindir" deyə qışqırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti