Saakaşvilinin partiyasının rəhbəri həbs olundu

  23 Fevral 2021    Oxunub : 1072
 Saakaşvilinin partiyasının rəhbəri həbs olundu
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri, millət vəkili Nika Melia həbs edilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, polis onu partiyanın baş ofisində saxlayıb.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən yaradılan müxalif partiyanın sədri Tbilisi məhkəməsi tərəfindən təyin edilən 40 min lari məbləğində girovu (12 min dollardan çox) ödəmədiyinə görə həbs olunub. Polisin əməliyyat zamanı bibər qazından istifadə etdiyi bildirilir.

Xatırladaq ki, Melia 2019-cu ilin iyunda keçirilən mitinqlər zamanı iğtişaşlarda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tbilisi Məhkəməsinin qərarı ilə 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılıb. Lakin siyasətçi ötən ilin noyabrında qolbağını çıxarıb, bundan sonra girovun məbləği 40 min lariyə çatıb. Girovun ödənməsi üçün fevralın 12-dək vaxt nəzərdə tutulsa da, partiya sədri pulu ödəməkdən imtina edib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   Həbs