Gürcüstan Prezidenti Qaribaşvilini baş nazir təyin etdi

Gürcüstan Prezidenti Qaribaşvilini baş nazir təyin etdi
  23 Fevral 2021    Oxunub:1423
Gürcüstan Prezidenti Salome Zurabişvili İrakli Qaribaşvilinin baş nazir vəzifəsinə təyin olunması barədə sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

"Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, İrakli Qaribaşvili Gürcüstanın Baş naziri təyin edilsin", - deyə sərəncamda bildirilir.

Bundan əlavə, Vaxtanq Qomelauri Gürcüstanın daxili işlər naziri, Mixail Çxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Yekaterina Tikaradze səhiyyə naziri, Vano Maçavariani maliyyə naziri, David Zalkaliani xarici işlər naziri, Qoça Lortkipanidze ədliyyə naziri, Levan Davitaşvili ətraf mühit və təbii resurslar naziri, Natiya Turnava iqtisadiyyat və davamlı inkişaf naziri təyin edilib.

Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti yeni hökuməti təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qaribaşvili   Gürcüstan  





Xəbər lenti