Koronavirusa yoluxanların sayı 112 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 112 milyonu keçdi
  23 Fevral 2021    Oxunub:1425
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 112 milyon 263 min 117 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 485 min 384 nəfərdir. İndiyədək 87 milyon 788 min 922 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 826 307 nəfər virusa yoluxub, 512 590 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 016 434 yoluxma qeydə alınıb. Onlardan 156 498 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 197 531 nəfərdə virus aşkar edilib. Xəstələrdən 247 276 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 177 330 yoluxma, 83 630 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 126 150 nəfər virusa yoluxub ki, onlardan 120 757-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti