Müxalifət Paşinyanı hökumət binasına buraxmayacaq - YENİLƏNİB

 Müxalifət Paşinyanı hökumət binasına buraxmayacaq -  YENİLƏNİB
  23 Fevral 2021    Oxunub:4317
Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbilə yürüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yürüş "Vətənin xilası" hərəkatı tərəfindən təşkil olunub.

Etirazçılar paytaxtın mərkəzi meydanına doğru hərəkət ediblər. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.

Aksiyada bir neçə min nəfər iştirak edib. Nümayişçilər Paşinyanın istefası ilə bağlı şüarlar səsləndirərək, sabah da etirazlara davam edəcəklərini bildiriblər.

Müxalifət funksioneri İşxan Saqatelyan vətəndaşları sabah hökumət binasını bloklamaya, baş nazir Nikol Paşinyanı ora buraxmamağa çağırıb.

Azvision.az


Teqlər: Ermənistan   Yürüş  





Xəbər lenti