Göyçayda ağır qəza: 6 nəfər yaralandı

   Göyçayda ağır qəza:    6 nəfər yaralandı
  21 Fevral 2021    Oxunub:2326
Göyçayda ağır yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200 kilometrliyində, rayonun Qarayazı kənd ərazində qeydə alınıb.

Məlumata görə, Qarəməryam istiqamətində hərəkətdə olan avtomobil idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon xəstəxanasına aparılıb. Yaralılardan ikisinin azyaşlı olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti