Xırdalanda yaşayış binasında yanğın olub

Xırdalanda yaşayış binasında yanğın olub
  21 Fevral 2021    Oxunub:2209
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın beşinci mərtəbəsində ümumi sahəsi 77 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə və qapı qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   Bina   FHN  





Xəbər lenti