İrandan Baydenə mesaj: “Bizə vədlər lazım deyil”
"Heç nə dəyişmədi. Bayden Trampın maksimum təzyiq siyasətinin maksimum uğursuzluq siyasətinə çevrildiyini bildirir. Ancaq onlar siyasətlərini dəyişdirmədilər. Problem ABŞ-ın sanksiyalara aludə olmasındadır. Bizə vədlər deyil, fəaliyyət lazımdır. Donald Trampın prezidentliyi dövründə başlayan qanunsuzluqların təkrarlanmaması üçün davranışlarda dəyişiklik görmək istəyirik", - deyə XİN başçısı bildirib.
Onun sözlərinə görə, nüvə sazişinə uyğun olaraq hər kəs öhdəliklərini yerinə yetirən kimi ABŞ-ın da iştirakı ilə nüvə sazişinə dair danışıqlar aparılacaq.
"ABŞ-ın hərəkətlərinin (müqavilədən çıxma və sanksiyaların bərpası) bir daha baş verməməsindən necə sığortalanacağımızı və bundan necə yan keçəcəyimizi müzakirə edəcəyik".
Şahanə Rəhimli
Azvision.az