ABŞ-da boulinq salonuna silahlı hücum olub

ABŞ-da boulinq salonuna silahlı hücum olub
  21 Fevral 2021    Oxunub:2344
ABŞ-ın Pensilvaniya ştatının Şərq Norriton bölgəsində "Our Town Alley" adlı boulinq salonuna silahlı hücum edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs orada 4 nəfərə atəş açıb.

Onlardan biri hadisə yerində ölüb, digər üç nəfər ağır xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb. Polis cinayəti törədən şəxsin kimliyini araşdırır.

Hadisənin təfərrüatları məlum deyil.

Azvision.az


Teqlər: ABŞ   Basqın   hücum  





Xəbər lenti