Əfqanıstanda partlayış: Ölən və yaralılar var

Əfqanıstanda partlayış:  Ölən və yaralılar var
  21 Fevral 2021    Oxunub:2199
Əfqanıstanın cənubunda yerləşən Helmand əyalətində partlayış olub. Hadisə nəticəsində azı bir nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tolo News məlumat yayıb.

Partlayışın bu gün Laşkarqah şəhərində baş verdiyi bildirilir. Xəstəxanadakı mənbənin verdiyi məlumata görə, bir nəfər hadisənin qurbanı olub, daha 14 nəfər yaralanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   partlayış  





Xəbər lenti