Rusiyada 5,7 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Rusiyada 5,7 bal gücündə zəlzələ olub -  YENİLƏNİB
  21 Fevral 2021    Oxunub:3155
Rusiyanın Tıva Respublikasında və Krasnoyarsk diyarında zəlzələ baş verib.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Tıva Respublikasında yeraltı təkanların gücü 5,7 bal olub. Zəlzələnin 3 bal gücündə afterşokları Krasnoyarsk diyarında da hiss edilib.

Hadisə zonasında tələfat və dağıntı qeydə alınmayıb.

***
(09:40)

Rusiyanın şərqində 5 bal gücündə zəlzələ baş verib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Tuva Respublikasının Kızıl şəhərindən 195 km şimal-şərqdə, ocağı 60 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Azvision.az


Teqlər: Rusiya   Zəlzələ  





Xəbər lenti