FHN liftdə qalan 4 nəfəri xilas edib

FHN liftdə qalan 4 nəfəri xilas edib
  20 Fevral 2021    Oxunub:1668
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti