Heydər Əliyev prospektində sıxlıq yarandı - Avtobuslar gecikir

Heydər Əliyev prospektində sıxlıq yarandı -  Avtobuslar gecikir
  19 Fevral 2021    Oxunub:2674
Paytaxtın Heydər Əliyev prospektində, şəhərin mərkəzi istiqamətindəki kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, sıxlıq səbəbindən metronun “İçərişəhər”, “28 May”, “Gənclik”və “N.Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Bu, gün ərzinə eyni yolda avtomobillərin hərəkətində qeydə alınan ikinci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti