Bakıda köçkünlərin yaşadığı binada yanğın oldu

Bakıda köçkünlərin yaşadığı binada yanğın oldu
  19 Fevral 2021    Oxunub:2057
Bakı şəhərinin Nizami rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti