12 yaşlı uşağa qarşı soyğunçuluq edən tutuldu

12 yaşlı uşağa qarşı soyğunçuluq edən tutuldu
  18 Fevral 2021    Oxunub:1060
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə fevralın 17-də saat 18 radələrində bir nəfərin Bakı şəhər sakini olan 12 yaşlı Ə.Məmmədlinin velosipedini açıq talama yolu ilə aldığı barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş H.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti