Sərxoş kişi qaçırdığı maşınla qəza törətdi

Sərxoş kişi qaçırdığı maşınla qəza törətdi
  18 Fevral 2021    Oxunub:2235
Quba Rayon Polis Şöbəsinə fevralın 16-da saat 16 radələrində Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılıb. Onun sərxoş halda olması aşkar edilib.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti