Cinayət törədən keçmiş məhkumlar saxlanıldı

Cinayət törədən keçmiş məhkumlar saxlanıldı
  17 Fevral 2021    Oxunub:1621
Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də rayon ərazisindəki evlərin birindən 8 000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qurbanov saxlanılıb.

Bundan başqa, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisindəki evlərin birindən 4 400 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şirinov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti