Cinayət törədən 48 nəfər saxlanılıb

Cinayət törədən 48 nəfər saxlanılıb
  17 Fevral 2021    Oxunub:1538
Daxili İşlər Nazirliyi (DİN) fevralın 16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 33 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti