Gəncədə silah-sursat tapıldı

Gəncədə silah-sursat tapıldı
  17 Fevral 2021    Oxunub:1706
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib.

Araşdırmalar zamanı oradan “F-1”, 1 ədəd “RQD 5” əl qumbaraları, 2 ədəd “UZQRM” qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Gəncə   Polis  





Xəbər lenti