Ucarda ağır yol qəzası, ölən var

Ucarda ağır yol qəzası, ölən var
  16 Fevral 2021    Oxunub:1202
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 15-də saat 14 radələrində rayonun Müsüslü kəndi ərazisində Şəmkir rayon sakini E.Həsənovun idarə etdiyi “Volvo” markalı minik və Göyçay rayon sakini C.Hacıyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə E.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti