Axtarışda olan şəxs 6 evdən oğurluq etdi

Axtarışda olan şəxs 6 evdən oğurluq etdi
  16 Fevral 2021    Oxunub:2007
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan X.Kazımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir köşkdən 3500 manat dəyərində tütün məmulatı, 6 evdən isə pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Digər əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayon ərazisindəki köşklərin birindən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqcıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti