DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətləri göstərilən “Coffee shop” iaşə obyekti və 2 oyun salonu aşkar edilib.
Həmin obyektlərlə bağlı 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.
Azvision.az