Cəlilabadda narkotacirlər tutuldu

Cəlilabadda narkotacirlər tutuldu
  11 Fevral 2021    Oxunub:2187
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Ələsgərov saxlanılıb.

Qocaları aldadaraq pullarını ələ keçirən qadın saxlanılıb
Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Aparılan araşdırmalarla E.Ələsgərova narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini R.Fərəcov olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aşkarlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin narkotik vasitə və psixotrop maddəni R.Fərəcova satan şəxsin Cəlilabad şəhər sakini İ.Hüseynli olduğu müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti