Bakıda sexdə yanğın olub

Bakıda sexdə yanğın olub
  10 Fevral 2021    Oxunub:2191
Paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 1800 m² olan istehsalat sexində 1 ədəd elektrik tənzimləyicisi, 2 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Sex yanğından mühafizə olunub və yanğın söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti