Cinayət törədən 38 nəfər saxlanılıb

Cinayət törədən 38 nəfər saxlanılıb
  10 Fevral 2021    Oxunub:1190
Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti