Zaqatalada yanğın bir ailəni evsiz qoydu

Zaqatalada yanğın bir ailəni evsiz qoydu
  10 Fevral 2021    Oxunub:2222
Zaqatala rayonunun Danaçı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti