Lənkəranda köməksiz qalan azyaşlı xilas edildi

Lənkəranda köməksiz qalan azyaşlı xilas edildi
  09 Fevral 2021    Oxunub:2291
Lənkəran şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Lənkəran  





Xəbər lenti