Masallıda yol qəzası: 5 nəfər xəsarət aldı

 Masallıda yol qəzası:    5 nəfər xəsarət aldı
  08 Fevral 2021    Oxunub:3145
Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı biri azyaşlı olmaqla beş nəfər xəsarət alıb. Onlardan ikisi qadındır.

Vəziyyəti daha ağır olan iki nəfər təcili tibbi yardım avtomobili ilə, digərləri isə şəxsi avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti